Mbappe “Monako”ya nə qədər  QAZANDIRDI
24 may 2022 00:58 (UTC +04:00)

Mbappe “Monako”ya nə qədər QAZANDIRDI

Kilian Mbappenin PSJ ilə müqavilə imzalanmasından “Monako” da qazanacaq.

Lent.az xəbər verir ki, Paris təmsilçisi yeni anlaşma üçün “Knyazlıq klubu”na 35 milyon avro ödəyəcək.

Bu, 23 yaşlı hücumçunun keçidi ilə bağlı müqavilənin şərtlərinə əsasən mümkün olub. Belə ki, həmin sənəddə bu məbləğin Mbappe başqa kluba keçəcəyi və ya PSJ ilə anlaşmanı uzadacağı halda “Monako”ya çatması barədə bənd yer alıb.

Qeyd edək ki, PSJ Kilianı 2017-ci ildə sonradan almaq öhdəliyi ilə icarəyə götürüb.

# 2775
avatar

Oxşar yazılar