Məşhur futbolçunun evi qarət edildi
19 noyabr 2025 13:49 (UTC +04:00)

Məşhur futbolçunun evi qarət edildi

0

"Yuventus"dakı karyerasından sonra "Komo"ya keçən isveçrəli futbolçu Alişa Lemann sosial mediada evindən oğurluq edildiyini açıqlayıb. 

Lent.az-ın xarici mətbuata istinadla xəbərinə görə, məşhur futbolçu yumoristik şəkildə "Mən bir az obsesif-kompulsivəm. Növbəti dəfə evimə oğurluq etsəniz, xahiş edirəm təmizləyin" yazıb.

Ünlü futbolcu Alisha Lehmann'ın evi soyuldu

Polisin Lemanın evindən edilən oğurluqla bağlı araşdırma başlatdığı və istintaqın davam etdiyi bildirilir. Oğruların apardığı əşyalar və ya hadisənin maliyyə miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Ünlü futbolcu Alisha Lehmann'ın evi soyuldu

Alişa Lemann "Yuventus"da oynadığı dövrdə də oxşar bir hadisə ilə üzləşmişdi. Oğrular onun Turindəki evinə girərək təxminən yarım milyon avro dəyərində əşyalar oğurlamışdılar. Bu, məşhur futbolçunun bu qədər qısa müddətdə ikinci dəfə oğurluq qurbanı olmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar