“Milan” Jirunun agentləri ilə görüşəcək -  SƏBƏB
08 fevral 2023 18:50 (UTC +04:00)

“Milan” Jirunun agentləri ilə görüşəcək - SƏBƏB

“Milan” hücumçu Olivier Jirunun agentləri ilə yeni görüş təyin edib. 

Lent.az bildirir ki, bu barədə xarici mətbuat xəbər verir.

Qeyd olunur ki, tərəflər 36 yaşlı hücumçunun 2023-cü ilin yayında başa çatacaq müqaviləsinin uzadılmasını müzakirə etmək niyyətindədir.

Yeri gəlmişkən, bu mövsüm futbolçu "rossonerilər"in heyətində bütün turnirlərdə 27 oyun keçirib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

# 1374
avatar

Oxşar yazılar