"Milan"a yeni baş məşqçi  tapıldı
23 may 2024 10:08 (UTC +04:00)

"Milan"a yeni baş məşqçi tapıldı

"Lill"in baş məşqçisi Paulo Fonseka gələcək işi ilə bağlı qərar verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, "Şaxtyor"un keçmiş məşqçisi “Milan” ilə uğurlu danışıqlar aparıb. Məşqçi və "rossonerilər" müqavilə ilə bağlı prinsipial razılığa gəliblər.

Məlumata görə, 51 yaşlı portuqaliyalı 2 illik müqaviləyə əsasən, ilinə 3,5 milyon avro qazanacaq.

Xatırladaq ki, Fonsekanın "Lill"lə müqaviləsi 2024-cü ilin iyun ayının sonunda başa çatır və tərəflər əməkdaşlığı davam etdirmək niyyətində deyillər.

# 1704
avatar

Oxşar yazılar