Mourinyo  karyerasının istiqamətini   dəyişən oyunu AÇIQLADI
23 aprel 2024 17:20 (UTC +04:00)

Mourinyo karyerasının istiqamətini dəyişən oyunu AÇIQLADI

"Roma"nın keçmiş baş məşqçisi Joze Mourinyo karyerasını dəyişən oyun haqda danışıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, 2003/04 mövsümündə Mourinyonun rəhbərliyi altında "Portu" Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə 3:2 hesabı ilə qalib gəlib və ardınca kuboku qazanıb. Həlledici görüşdə Portuqaliya təmsilçisi “Monako”ya 3:0 hesabı ilə qalib gəlib.

“Karyeram boyu çox qəribə bayramlar keçirmişəm, amma yəqin ki, bu hadisə mənim karyeramın istiqamətini dəyişən hadisə olub. Bu günlərdə küçədə bir oğlana rast gəldim, o dedi: "Portuqaliyada yenə belə bir şey nə vaxt olacaq?" Mən ona dedim ki, bir neçə aya Avropa çempionatını qazana bilərik, çünki bizim inanılmaz milli komandamız var - indiyə qədərki ən yaxşı komanda. Bəs Portuqaliyada yenidən Çempionlar Liqasını qazanacaq klubla? Gəlin görək, yaxın 20 ildə bunu edə biləcəyik, ya yox”, – Mourinyo söyləyib.

"Mançester Yunayted"ə qalibiyyət qolunu vurduqdan sonra Mourinyo künc bayrağına doğru komandaya doğru qaçaraq məşhur sevincini edib.

# 1413
avatar

Oxşar yazılar