Joze Mourinyo
09 fevral 2023 10:43 (UTC +04:00)

Joze Mourinyo

"Mourinyo Romanı məhv edir" - sabiq hücumçu OD PÜSKÜRDÜ

İtaliyalı sabiq hücumçu Antonio Kassano “Roma”nın “Empoli” ilə oyunu barədə danışıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, sabiq futbolçu Joze Mourinyonun klubdakı fəaliyyətini tənqid edib:

“Meydanda “Empoli” üstünlük təşkil edirdi. “Roma” üçüncü yerdə olsa da, meydanda gördüklərim tam dəhşətdir. Mourinyo bəhanə gətirsə də, klubu məhv edir. Amma tezliklə buna son qoyulacaq”.

Mourinyo 2021-ci ilin yayından “Roma”ya baş məşqçilik edir. Komanda A Seriyasının turnir cədvəlində 3-cüdür.

# 1461
avatar

Oxşar yazılar