Neymardan ETİRAF: “Çox qorxdum,  yata bilmədim”
06 dekabr 2022 20:43 (UTC +04:00)

Neymardan ETİRAF: “Çox qorxdum, yata bilmədim”

Braziliya DÇ-2022-nin 1/8 finalında Cənubi Koreyaya 4:1 hesabı ilə qalib gəlib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sambacıların ulduzu Neymar Serbiya oyundan sonra ilk dəfə meydana çıxanda qol vurub. Təcrübəli futbolçu oyundan sonra bunları etiraf edib. Təcrübəli futbolçu görüşdən sonra verdiyi müsahibədə zədələndiyi günlə bağlı diqqətçəkən ifadələr işlədib.

“Turnir bitdi” dedilər

Neymar Braziliyanın dünya çempionatının qrup mərhələsində Serbiya ilə oyunda şoka düşüb. Ulduz futbolçu rəqibi ilə ikiqat mübarizədən sonra yerdə qalıb və oyunu davam etdirə bilməyib.

Neymar zədələndikdən sonra "turniri bağladı" kimi şərhlər edilib. Təcrübəli futbolçunun biləyinin şişməsi uzun müddətdir gündəmdə olub.

Geri döndü, qolunu atdı

Braziliyanın Cənubi Koreya ilə oyununda Neymar meydançaya qayıdıb. Təcrübəli futbolçu Cənubi Koreya oyununda penaltini dəqiq yerinə yetirib.

Penalti zamanı tribunalarda Neymar üçün alqışlar səslənib. Topu əvvəlcə əlinə alan Rafinya bu alqışlardan sonra topu Neymara verib və alqış toplayıb.

Rekord qırdı

Braziliya millisinin 30 yaşlı ulduzu Neymar vurduğu qolla sambacıların tarixinə düşüb. Neymar, Pele və Ronaldodan sonra Braziliya ilə 3 fərqli dünya çempionatında qol vuran ilk futbolçu olub. Digər tərəfdən, Neymar Braziliya milli komandasının bombardiri olmaq yolunda bir addım daha atıb.

Oyundan sonra etiraf

Neymar Cənubi Koreya ilə oyundan sonra sualları cavablandırıb. Zədəsi ilə bağlı sualı cavablandıran braziliyalı ulduz deyib: "Zədələnəndə çox qorxdum. O gün ağladım, gecələr yata bilmədim. Fizioterapiya işlərimə böyük əhəmiyyət verdim. 11 saat fizioterapiya tətbiq etdik və fədakarlığın faydasını gördük”.

Hədəfi çempionluqdur

Braziliyanın 30 yaşlı təcrübəli futbolçusu dünya çempionatında məqsədlərinin çempionluq olduğunu bildirib. Neymar açıqlamasında "Bir oyun qazandıq və indi daha da irəli getmək istəyirik. Final arzusundayıq. Finala hələ 3 oyunumuz var. Çempion olmağa hazırıq və diqqətimizi buna yönəltmişik", - deyib.

# 1323
avatar

Oxşar yazılar

İspaniya  klubları kasıblaşıb?   Transferə daha az xərcləyiblər

İspaniya klubları kasıblaşıb? Transferə daha az xərcləyiblər

2 fevral 2023 , 17:22
Fransa millisindən getdi

Fransa millisindən getdi

2 fevral 2023 , 16:10
Usik və Fyuri arasındakı  döyüşün vaxtı   AÇILANDI

Usik və Fyuri arasındakı döyüşün vaxtı AÇILANDI

2 fevral 2023 , 15:32
Messi Ronaldonun  rekordunu   YENİLƏDİ

Messi Ronaldonun rekordunu YENİLƏDİ

2 fevral 2023 , 14:40
Dünya çempionunun  əlcəkləri   oğurlandı

Dünya çempionunun əlcəkləri oğurlandı

2 fevral 2023 , 14:02
 Narkotik alverində   ittiham olunurdu: 17 il sonra bəraət aldı

Narkotik alverində ittiham olunurdu: 17 il sonra bəraət aldı

2 fevral 2023 , 13:32
Ronaldo maaşının 90 faizini buradan alır

Ronaldo maaşının 90 faizini buradan alır

2 fevral 2023 , 12:45
"Barselona"nın yeni transfer etməməsinin SƏBƏBİ

"Barselona"nın yeni transfer etməməsinin SƏBƏBİ

2 fevral 2023 , 10:29