Manuel Noyer
04 fevral 2023 20:29 (UTC +04:00)

Manuel Noyer

Noyer bu müsahibəsinə görə cərimələnəcək

“Bavariya”nın sabiq müdafiəçisi Markus Babbel Münhen klubunun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulmasından danışıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Babbel həmçinin Manuel Noyerin qalmaqallı müsahibəsini şərh edib:

“Bavariya üçün bu çox qeyri-adi bir vəziyyətdir. Mənə elə gəlir ki, Tapaloviçin işdən qovulma vaxtı son dərəcə uğursuz oldu. Əgər daxili problemlər var idisə, niyə bunu mövsümün sonuna qədər təxirə salıb, ikinci hissəsinə diqqət yetirmədilər? Rəhbərlik yaxşı çıxış etmədi. Məndə şübhə var ki, onlar Manuel Noyerin komandada olmamasından istifadə ediblər”.

Xatırladaq ki, Noyer müsahibəsində “Bavariya” rəhbərliyinin Tapaloviçi qovmaq qərarını tənqid etmişdi. Sonradan məlum olub ki, qapıçının müsahibəsi klubla razılaşdırılmayıb. Noyeri ən azı cərimə gözləyir.

# 2106
avatar

Oxşar yazılar