Pele
04 dekabr 2022 11:16 (UTC +04:00)

Pele

Pelenin sağlıq durumu açıqlandı

Xəstəxanaya yerləşdirilmiş əfsanəvi braziliyalı futbolçu Pelenin durumu açıqlanıb.

Lent.az-ın xəbərinə görə, San-Pauladakı Albert Enşteyn Klinikasının məlumatında bildirilib ki, Pele hələ müalicə olunur, sağlıq durumu stabil olaraq qalır, respirator infeksiyayanın müalicəsinə yaxşı reaksiya verir.

Nəzərə çatdırılıb ki, son 24 saatda Pelenin səhhətində dəyişiklik qeydə alınmayıb.

Qeyd edək ki, bundan əvvəl bağırsaq xərçəngindən əziyyət çəkən əfsanəvi futbolçunun orqanizminin artıq kimyəvi terapiyaya reaksiya vermədiyi açıqlanmışdı.

Xatırladaq ki, üçqat dünya çempionu keçən həftə çərşənbə axşamı ödem və ürək çatışmazlığı ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Cümə axşamı klinikanın yaydığı məlumatda qeyd olunmuşdu ki, Pelenin durumu stabildir. Əfsanəvi futbolçunun qızı Keli də atasının səhhəti üçün təhlükə olmadığını bildirmişdi.

# 1248
avatar

Oxşar yazılar

İspaniya  klubları kasıblaşıb?   Transferə daha az xərcləyiblər

İspaniya klubları kasıblaşıb? Transferə daha az xərcləyiblər

2 fevral 2023 , 17:22
Fransa millisindən getdi

Fransa millisindən getdi

2 fevral 2023 , 16:10
Usik və Fyuri arasındakı  döyüşün vaxtı   AÇILANDI

Usik və Fyuri arasındakı döyüşün vaxtı AÇILANDI

2 fevral 2023 , 15:32
Messi Ronaldonun  rekordunu   YENİLƏDİ

Messi Ronaldonun rekordunu YENİLƏDİ

2 fevral 2023 , 14:40
Dünya çempionunun  əlcəkləri   oğurlandı

Dünya çempionunun əlcəkləri oğurlandı

2 fevral 2023 , 14:02
 Narkotik alverində   ittiham olunurdu: 17 il sonra bəraət aldı

Narkotik alverində ittiham olunurdu: 17 il sonra bəraət aldı

2 fevral 2023 , 13:32
Ronaldo maaşının 90 faizini buradan alır

Ronaldo maaşının 90 faizini buradan alır

2 fevral 2023 , 12:45
"Barselona"nın yeni transfer etməməsinin SƏBƏBİ

"Barselona"nın yeni transfer etməməsinin SƏBƏBİ

2 fevral 2023 , 10:29