Pep Qvardiola "Mançester Siti"dən sonra 8 həyat hədəfini  AÇIQLADI
13 noyabr 2025 09:31 (UTC +04:00)

Pep Qvardiola "Mançester Siti"dən sonra 8 həyat hədəfini AÇIQLADI

0

Pep Qvardiola "Mançester Siti"dəki karyerasından sonra futboldan fasilə vermək niyyətində olduğunu etiraf edib, lakin futboldan tamamilə ayrılmayacaq. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, onun müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir və bundan sonra fasilə verməkdən başqa planları yoxdur.

54 yaşlı məşqçi deyib: "Sadəcə dayanmaq, dincəlmək və sakit bir həyat sürmək istəyirəm".

Pep artıq 2012-ci ildə "Barselona"dan ayrıldıqdan sonra fasilə verib və yeni bir fasiləyə hazır görünür.

Hətta futbolu həyatından çıxardıqdan sonra edəcəyi səkkiz şeyin siyahısını tərtib edib: evdə yemək bişirmək, fransız dilini öyrənmək, uşaqları və ailəsi ilə daha çox vaxt keçirmək, səyahət etmək, konsertlərə və sərgilərə getmək və dünyanı özü üçün kəşf etmək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar