PSJ İkardiyə yeni  şans verəcək:   "Qalatasaray"dakı uğurlu çıxışından sonra 
07 fevral 2023 19:11 (UTC +04:00)

PSJ İkardiyə yeni şans verəcək: "Qalatasaray"dakı uğurlu çıxışından sonra 

PSJ-nin hücumçusu Mauro İkardi icarə əsasında çıxış etdiyi "Qalatasaray"dan qayıtdıqdan sonra Fransa klubunda yeni şans qazana bilər. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, PSJ-nin qərarına İkardinin Türkiyədə göstərdiyi uğurlu oyun təsir edib.

29 yaşlı İkardi 2019-cu ilin sentyabrında PSJ-yə keçib. Onun transferi üçün parislilər "İnter"ə 50 milyon avro ödəyib. 

Argentinalı futbolçu 2022-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edir. Türkiyə komandasının heyətində İkardi 13 oyunda 9 qol vurub, 6 məhsuldar ötürmə edib. İkardinin PSJ ilə müqaviləsi 2024-cü ildə başa çatır.

# 2253
avatar

Oxşar yazılar