PSJ-nin futbolçusu insan alverində  ittiham olunur
21 yanvar 2026 18:18 (UTC +04:00)

PSJ-nin futbolçusu insan alverində ittiham olunur

0

Kolumbiyadan olan bir ailə insan alveri və qeyri-qanuni əməyin istismarı ilə bağlı Paris Sen-Jermen-in və Fransa millisinin müdafiəçisi Lyuk Ernandesi məhkəməyə şikayət edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Kolumbiyadan olan bir ailə — ata, ana və üç uşaq 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər 2018-ci il dünya çempionu Ernandes və onun sevgilisi Viktoriya Triayının evində işləyib. Onların vəzifələrinə evin təmizlənməsi, mühafizə və təhlükəsizliyin təmin edilməsi, həmçinin yemək bişirmək və futbolçunun uşaqlarına baxmaq daxil olub.

27 yaşlı Mari Triayla Kolumbiyada tanış olub. 2024-cü ilin payızında o, qanunsuz şəkildə Avropaya gəlib və Ernandesin evində işləməyə başlayıb. Marinin iddiasına görə, idmançı və onun sevgilisi sənədləşmə məsələsində kömək edəcəklərini vəd etsələr də, bunu etməyiblər. Ailənin nizam-intizamını və təhlükəsizliyini təmin etmək üçün daha sonra Marinin valideynləri, eləcə də iki qardaşı Fransaya köçüb. Onların işə götürülməsi rəsmi şəkildə qeydiyyata alınmayıb, maaşlarını isə nağd şəkildə alıblar.

İddiaçılar işəgötürən tərəfindən “saxta İspaniya şəxsiyyət vəsiqələri” aldıqlarını bildiriblər. Onların sözlərinə görə, futbolçunun ailəsində işləmək ağır fiziki və psixoloji fəsadlar yaradıb. “Bizdən istifadə etdilər və alçaltdılar, çox az pul verdilər. Onlar miqrantları və onların ailələrini istismar edirlər”, deyə Mari şikayətində bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar