PSJ-nin prezidenti onu "Real"a satmadı
28 fevral 2026 16:32 (UTC +04:00)

PSJ-nin prezidenti onu "Real"a satmadı

0

PSJ və Portuqaliya yığmasının yarımmüdafiəçisi Vitinya Paris klubunda qalacaq, çünki komanda onu "Real"a satmağı planlaşdırmır.

Lent.az xəbər verir ki, oyunçunun Madrid klubuna transfer olunma ehtimalı çox azdır.

Qeyd olunur ki, PSJ prezidenti Nasser Əl-Xelaifi Madrid klubunun Kilian Mbappedən sonra Vitinya ilə də güclənməsini istəmir. O, klubun əsas oyunçularından birinin "Real"a keçməsini idman və simvolik baxımdan bir geriləmə olaraq qiymətləndirir.

Cari mövsümdə Vitinya PSJ üçün 36 qarşılaşmada oynayıb, altı qol vurub və 10 ötürmə verib. Onun Paris klubu ilə müqaviləsi 2029-cu ilə qədərdir və transfer qiyməti 110 milyon avro olaraq qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar