PSJ tarixi rekord qiymətə  Yamalı almaq istəyir
18 oktyabr 2025 10:37 (UTC +04:00)

PSJ tarixi rekord qiymətə Yamalı almaq istəyir

0

PSJ “Barselona”nın 18 yaşlı hücumçusu Lamin Yamal ilə ciddi maraqlanır.

Lent.az xəbər verir ki, məlumaat görə, fransız klubu Yamal üçün rekord məbləğli transfer ehtimalını nəzərdən keçirir.

Yamalın katalon klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir və onda 1 milyard dollarlıq transfer maddəsi (klausu¬la) mövcuddur. Buna baxmayaraq, Paris təmsilçisi 2017-ci ildə Neymarı 257 milyon dollara alarkən qoyduğu dünya rekordunu keçə biləcək təklif barədə düşünür.

Bildirilir ki, PSJ nümayəndələri artıq mümkün keçid barədə ilkin danışıqlar aparıblar, lakin klub rəsmiləri hələlik hər hansı rəsmi təklifin olduğunu inkar edirlər. KİV məlumatına görə, potensial transfer məbləği 277 milyon dollara çata bilər.

Cari mövsümdə Yamal “Barselona”nın heyətində 5 oyunda 2 qol vurub və 3 qol ötürməsi verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar