Qadın güləşçimiz İslamiadanın qalibi oldu
19 noyabr 2025 21:21 (UTC +04:00)

Qadın güləşçimiz İslamiadanın qalibi oldu

0

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Lent.az xəbər verir ki, 57 kiloqram çəkidə çıxış edən idmançı finalda türkiyəli Elvira Süleymanı 6:2 hesabı ilə üstələyərək Oyunların qalibi olub.

Elnurə Məmmədova (50 kiloqram) isə bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) ikinci yeri tutublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar