AFFA İntizam Komitəsi “Qarabağ” klubunu 2500 manat cərimələyib.
Lent.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Şamaxı” ilə oyun zamanı Zubirin azarkeşlə foto çəkdirməsi olub.
89-cu dəqiqədə azarkeş meydana qaçaraq Zubirlə foto çəkdirib. "Şamaxı" isə dörd nəfər sarı vərəqə aldığına görə 700 manat ödəyəcək.