“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirdi
21 mart 2023 20:53 (UTC +04:00)

“Qəbələ”nin futbolçusu Ruan Renato Premyer Liqada yubiley oyununu keçirdi

“Qəbələ”nin futbolçusu Ruan Renato Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib. Braziliyalı müdafiəçinin yubileyi XXVII tura təsadüf edib.

Lent.az kluba istinadla xəbər verir ki, 29 yaşlı cənubi amerikalı “Şamaxı” ilə ev görüşündə 90 dəqiqə şans qazanıb. Ruan Premyer Liqadakı 50 matçda 3 qol vurub. O, “qırmızı-qaralar”ın heyətində Azərbaycan çempionatında ən azı 50 görüş keçirən 35-ci futbolçu olub.

# 1227
avatar

Oxşar yazılar