Qurban Qurbanov oğlunu meydana az buraxmasının səbəbini açıqladı
26 iyun 2021 15:11 (UTC +04:00)

Qurban Qurbanov oğlunu meydana az buraxmasının səbəbini açıqladı

“Musa “Qarabağ”ın futbolçusu idi, “Zirə”yə icarəyə vermişdik. Onu komandaya qaytarıb, müqavilə müddətini uzatdıq”.

Bunu Lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanlı haqda fikirlərini bildirərkən deyib.

Təcrübəli mütəxəssis yenicə klubla 3 illik müqavilə bağlayan Musanın “Legiya”ya keçən Mahir Emreli ilə müqayisə olunmasını düzgün hesab etmir: “Gənclər öz üzərlərində daha çox işləməlidirlər. Yaxşı olmaq üçün mütləq digərlərindən daha çox çalışmalısan. Mahir Emrelinin davamçısı olar-olmaz sualına bu gün fikir bildirə bilmərəm. Sadəcə, Mahirlə Musa fərqli futbolçulardır”.

Futbol ictimaiyyəti və azarkeşlərin əksəriyyəti hesab edir ki, Musa Qurbanlı məhz Qurban Qurbanovun oğlu olduğu üçün “Qarabağ”da çox oynamaq şansı qazanmır. Çalışdırıcı seçimində bunun da müəyyən rol oynadığını təsdiqləyib: “Birincisi, hələ gəncdir. İkincisi, bir az da bu amil var. Əgər Musa ilə digəri eyni səviyyədədirsə, mən o biri oyunçuya üstünlük verirəm. Əks təqdirdə, həmin futbolçu düşünə bilər ki, oğlum olduğu üçün onu oynadıram. Bu gün görsəm ki, Musa hamısından üstündür, əlbəttə, onun qarşısını kəsmərəm. Azarkeşlərin çoxu da bilir ki, belə məsələlərdə dürüst olmağa çalışıram. Baxmıram ki, bu mənim oğlumdur, qohumumdur, yaxınımdır. İdman bunu sevmir. Yaxşı olacaqsa, biz heç kimin qarşısını almayacağıq. Kim üstündürsə, o da oynayacaq”.

Qeyd edək ki, Musa Qurbanlı 2020/21 mövsümündə “Qarabağ”da 5, “Zirə”də 9 oyun keçirib, hərəsində bir qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3261

Oxşar yazılar

“Real” 11-ci oyunçusunu  itirdi

“Real” 11-ci oyunçusunu itirdi

15 may 2025 , 17:56
İşçilərinə Avropa Liqasının final oyunun biletlərini  öz pulu ilə aldı

İşçilərinə Avropa Liqasının final oyunun biletlərini öz pulu ilə aldı

15 may 2025 , 15:22
“Liverpul” onu "Real"a satmadı

“Liverpul” onu "Real"a satmadı

15 may 2025 , 12:34
"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə  hazırdır

"Arsenal" bu hücumçu üçün bu qədər ödəməyə hazırdır

15 may 2025 , 09:37
“Real”dan əzmkar qələbə

“Real”dan əzmkar qələbə

15 may 2025 , 03:00
İtaliya Kubokunun qalibi  "Bolonya" oldu

İtaliya Kubokunun qalibi "Bolonya" oldu

15 may 2025 , 02:01
“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

“Qalatasaray” Türkiyə kubokunun qalibi oldu

14 may 2025 , 23:47
“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

“Neftçi” məğlub oldu - “Sabah” ÇEMPİON

14 may 2025 , 22:00