İraq çempionatında “Erbil” və “Əl-Minaa” komandaları arasında keçirilən oyun raket zərbəsi səbəbindən yarımçıq dayandırılıb.
Lent.az xəbər verir ki, oyun başa çatdırılmayıb. Nəticədə qarşılaşma dayandırılan anda tablodakı 3:2 hesabı əsas götürülüb və qələbə “Erbil” komandasına verilib.
21 oyundan sonra “Erbil” 44 xal toplayaraq turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. “Əl-Minaa” isə 22 oyunda 24 xal qazanaraq 14-cü pillədə yer alır.
