“Real” 16 yaşlı braziliyalı üçün  60 milyon   təklif etdi
06 dekabr 2022 16:23 (UTC +04:00)

“Real” 16 yaşlı braziliyalı üçün 60 milyon təklif etdi

"Real" "Palmeyras"ın hücumçusu Endriklə maraqlanır. Tərəflər danışıqlar aparıb, İspaniya klubu 16 yaşlı braziliyalı üçün bonuslar da daxil olmaqla 60 milyon avro təklif edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə jurnalist Fabrisio Romano “Twitter” hesabında məlumat verib.

Mənbənin sözlərinə görə, tərəflər arasında danışıqlar davam edir. "Çelsi" və PSJ də Endriki transfer etmək istəyir, onlar yarışda qalırlar, amma "Palmeyras" "Barselona" ilə konkret danışıqlar aparmır.

Endrik yalnız 2024-cü ilin yayında, 18 yaşı tamam olanda Avropa klubunun futbolçusu ola biləcək. Daha əvvəl bildirilirdi ki, “Real” braziliyalını heyətində o qədər görmək istəyir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı 2024-cü ildə almaqdan imtina etməyə hazırdır. 


 

# 1707
avatar

Oxşar yazılar