İspaniyanın vitse-çempionu "Real" klubu Almaniya çempionu "Bavariya"nın cinah oyunçusu Maykl Olise ilə maraqlanır.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Real" rəhbərliyi fransız futbolçu üçün 160 milyon avro təklif etməyə hazırdır. Lakin Münhen klubu yay transfer pəncərəsində Oliseni satmağı planlaşdırmır.
Olise 2024-cü ilin yayından bəri “Bavariya”da oynayır. Bu müddət ərzində o, 93 oyun keçirib, 35 qol vurub və 50 məhsuldar ötürmə edib. Onun Münhen klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Transfermarkt Olisenin transfer dəyərini 130 milyon avro olaraq qiymətləndirir.