“Real”ın əfsanəsi  bu kluba   rəhbərlik edə bilər
07 iyun 2023 17:22 (UTC +04:00)

“Real”ın əfsanəsi bu kluba rəhbərlik edə bilər

"Real"ın keçmiş hücumçusu Raul “Xetafe” klubunun baş məşqçisi olacaq. 

Lent.az bildirir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Komandanın hazırkı baş məşqçisi Xose Bordalas klubu tərk etmək qərarına gəlsə, 45 yaşlı ispaniyalı “Xetafe”nin rəhbəri postunun prioritet variantlarından biridir. Bu ilin aprelində Bordalas kluba qayıdıb və 15-ci yeri tutaraq La Liqadakı yerini qoruyub saxlamağa kömək edib.

İndi 59 yaşlı mütəxəssis gərgin mövsümdən sonra digər təklifləri araşdırır. Onun hazırkı müqaviləsi iyunun 30-da başa çatır.

Raul 1994-cü ildən 2010-cu ilə kimi "Real"da çıxış edərək, keçirdiyi oyunların sayına görə (741) klubun rekordçusu, qol sayına görə isə (323) klub tarixində üçüncü olub. 2018-ci ildə Madrid klubunun gənclər komandasına rəhbərlik edərək məşqçilik karyerasına başlayıb.

# 2199
avatar

Oxşar yazılar