Rusiyada iki Azərbaycan diaspor təşkilatı  ləğv edildi
20 noyabr 2026 10:25 (UTC +04:00)

Rusiyada iki Azərbaycan diaspor təşkilatı ləğv edildi

0

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində (XMAO) fəaliyyət göstərən iki Azərbaycan diaspor təşkilatı məhkəmə qərarı ilə ləğv edilib.

Lent.az-ın yerli mediaya istinadən məlumatına görə, Rusiya Ədliyyə Nazirliyi Nijnevartovsk şəhərində fəaliyyət göstərən “Azərbaycanlılar” və Uray şəhərində yerləşən “Buta” təşkilatlarının ləğvinə qərar verib.

Buna səbəb qeyri-kommersiya təşkilatları haqqında qanunvericiliyin pozulması, o cümlədən hesabatların təqdim edilməsində aşkarlanan nöqsanlar olub.

Məlumata görə, “Azərbaycanlılar” təşkilatının dəfələrlə qanunvericiliyin tələblərini pozduğu, mühasibat uçotunda nöqsanlara yol verdiyi və təşkilatın nizamnaməsini nazirliyə təqdim etmədiyi iddia olunur.

Oxşar qərar Uray şəhərində fəaliyyət göstərən “Buta” milli-mədəni ictimai təşkilatı barəsində də qəbul olunub. Bu təşkilat isə 2023–2025-ci illər üzrə fəaliyyət hesabatlarını təqdim etməməkdə, həmçinin nizamnaməsi nazirliyin elektron portalında yerləşdirilmədiyi üçün ittiham edilir.

Hər iki təşkilatın məhkəmə qərarından şikayət vermək üçün bir ay vaxtı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar