Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 31-i saat 22 radələrində Çöl Beşdəli kəndinin ərazisində qeydə alınıb.
Vüqar Əliməmmədov idarə etdiyi “QAZ-31105” markalı avtomobillə yolu keçən Sabirabad rayonunun Çölbeşdəli kəndi sakini, 65 yaşlı Məmmədov Yaşar Qubalı oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən piyada ötən gecə orada ölüb.
Faktla bağlı araşdırma aparılır.