Astarada elektrik xətləri 4 baş mal-qaranı tələf etdi -VİDEO
20 noyabr 2026 10:01 (UTC +04:00)

Astarada elektrik xətləri 4 baş mal-qaranı tələf etdi -VİDEO

0

Astaranın Əzərüd kəndində yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində 4 baş iribuynuzlu heyvan tələf olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, elektrik xətləri kənd sakini Sona Rəşidovaya məxsus mal-qaranın üzərinə düşüb.

Zərərçəkən hadisə nəticəsində ona 9 min manat ziyan dəydiyini bildirib.

Sakinlərin sözlərinə görə, elektrik dirəklərinin qəzalı vəziyyətdə olması barədə aidiyyəti qurumlara dəfələrlə müraciət edilib.

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsindən bildirilib ki, transformator kənd məktəbinin balansındadır. Məktəbə cavabdeh qurum müraciət etdikdən sonra dirəklərin yeri dəyişdirilə bilər.

Sona Rəşidova kompensasiya tələb edir. Kənd sakinləri isə mövcud təhlükənin aradan qaldırılmasını istəyirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 138

Oxşar yazılar