"Real"ın Mbappe ilə müqaviləni elan edəcəyi  tarix AÇIQLANDI
27 may 2024 14:52 (UTC +04:00)

"Real"ın Mbappe ilə müqaviləni elan edəcəyi tarix AÇIQLANDI

"Real" Mbappe ilə müqavilə imzaladığını iyunun 1-də Çempionlar Liqasının finalından sonra elan edəcək.

Lent.az bildirir ki, bu barədə "Sport.es" xəbər verir.

Mənbənin məlumatına görə,  Real” 25 yaşlı hücumçu ilə müqavilə imzaladığını iyunun 1-də “Uembli”də keçiriləcək Çempionlar Liqasının finalından sonra açıqlamaq istəyir. 

Orada “Real” Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.
Mayın 10-da Mbappe mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlamışdı. Hücumçunun karyerasını "Real"da davam etdirəcəyi gözlənilir.

Mbappe 2017-ci ildə 180 milyon avroya "Monako"dan PSJ-yə keçib, yeddi il ərzində Parisdə 307 oyun keçirib, bu oyunlarda 256 qol vurub və 108 məhsuldar ötürmə edib.

Mbappe parislilərlə birlikdə altı dəfə Fransa çempionu, üç dəfə Fransa kuboku və Superkubokunu, iki dəfə Fransa Liqa Kubokunu qazanıb.

Daha əvvəl, fransalı hücumçunun Madriddə 18 milyon avroya malikanə aldığı bildirilirdi. Futbolçunun yeni evinin qonşusu aktyor Riçard Qiranın, üzbəüz isə hazırda “Sevilya”da çıxış edən “Real”ın keçmiş müdafiəçi Serxio Ramosun evidir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4674
avatar

Oxşar yazılar