Bu yaxınlarda mediada Vinisiusun "Real" ilə müqaviləsini uzatmağı planlaşdırdığı barədə məlumatlar yayılıb, lakin sonradan müqavilənin imzalanmadığı məlum olub.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, qeyd olunub ki, hücumçunun “Kral klubu” ilə müqaviləsinin uzadılması üçün razılığa gələ bilməməsi baş məşqçi Xabi Alonso ilə münasibətlərinin gərginləşməsi ilə əlaqədardır.
Bildirilir ki, qanad oyunçusunun “Real” ilə münaqişəsi fonunda “Mançester Yunayted” nümayəndələri ilə əlaqə saxlayaraq ilk addımı atıb.
“Mançester Yunayted”dən başqa, “Mançester Siti” də vəziyyəti izləyir, lakin braziliyalı oyunçunun agenti ilə əlaqə saxlamağa tələsmir.
Məlum olduğu kimi, Vinisius bu mövsüm bütün yarışlarda 18 oyun keçirib, beş qol vurub və altı məhsuldar ötürmə edib.
Transfermarkt oyunçunu 150 milyon avro dəyərində qiymətləndirir.