Roberto Karlos “Real”da öz dövrünün ən pozitiv oyunçusunu  AÇIQLADI
28 yanvar 2026 18:19 (UTC +04:00)

Roberto Karlos “Real”da öz dövrünün ən pozitiv oyunçusunu AÇIQLADI

0

Braziliya futbolunun əfsanəsi Roberto Karlos "Real"da keçirdiyi vaxtı xatırlayıb. 

Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, 11 il ərzində müdafiəçi bir çox oyunçunun "Kral klubu"nun formasını geyindiyini görüb. Ondan ən çox müsbət emosiyaları kim gətirdiyi soruşulub.

"Raul. O, klubu çox yaxşı təmsil edib. İş etikası və oyun tərzi ilə oyunçuları möhtəşəm şəkildə motivasiya edib. O, lider və kapitan idi", - Karlos bildirib.

Xatırladaq ki, Raul 18 il "Real"da oyunçu kimi (o cümlədən gənclər səviyyəsində) çalışıb. O, həmçinin yeddi il "Kastilya"da məşqçilik edib.

Ümumilikdə, Raul "Real"da 550 oyun keçirib və 228 qol vurub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar