“Roma” “Yuventus”la xallarını bərabərləşdirdi
10 fevral 2026 04:29 (UTC +04:00)

“Roma” “Yuventus”la xallarını bərabərləşdirdi

0

İtaliya çempionatında 24-cü turun növbəti oyunu keçirilib.

Lent.az xəbər verir ki, “Roma” klubu “Stadio Olimpico”da “Kalyari”ni qəbul edib. Görüşdə üstün tərəf sayılan paytaxt təmsilçisi sürprizə imkan verməyib.

Donyell Malenin vurduğu qollar sayəsində oyun 2:0 ev sahibinin qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra 46 xal toplayan “Roma” 4-cü yerdəki “Yuventus”a çatıb. Aktivində 28 xal olan “Kalyari” 12-ci sırada qərarlaşıb. Tura bu gün saat 23:45-də “Milan” – “Komo” oyunu ilə yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 178

Oxşar yazılar