Ronaldo Amorimin "Mançester Yunayted"də möcüzələr yaradacağına  inanmır: Rubenin CAVABI
12 noyabr 2025 19:20 (UTC +04:00)

Ronaldo Amorimin "Mançester Yunayted"də möcüzələr yaradacağına inanmır: Rubenin CAVABI

0

2022-ci ildə Kriştiano Ronaldo Pirs Morqanla söhbəti zamanı “Mançester Yunayted”, xüsusən də Erik ten Haqı tənqid etmişdi. Portuqaliyalı uzun müddətdir Səudiyyə Ərəbistanı Liqasında oynayır və "Qırmızı şeytanlar"ın hazırda baş məşqçisi həmyerlisi Ruben Amorimdir.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Kriştiano ilə yeni müsahibəsində Morqan hazırkı "Mançester Yunayted" haqqında soruşmaqdan özünü saxlaya bilməyib. Kriştiano keçmiş milli komanda yoldaşını tərifləsə də, yenə də "qərmızı şeytanlar"ın çatışmazlıqlarını qeyd edib:

"Dünyanın ən vacib klublarından biri, hələ də ürəyimdə xüsusi yer tutan bir klub üçün kədərlənirəm. Bir kluba gələcək üçün möhkəm təməl qura bilən ağıllı insanlar rəhbərlik etməlidir. "Mançester Yunayted"in keçmişdə belə insanları olub - Niki Batt, Qari Nevill, Roy Kin, Devid Bekhem. Hazırda "Mançester Yunayted"də struktur çatışmır. Ümid edirəm ki, gələcəkdə bu dəyişəcək. Axı bu, əsrin ən vacib klublarından biridir.

Əlbəttə ki, mən "Mançester Yunayted"in hazırkı nəticələrini izləyirəm; bu klubda uzun illər keçirmişəm, çoxlu komanda və şəxsi kuboklar qazanmışam. Təkrar edirəm, "Mançester Yunayted" hələ də ürəyimdədir. Amma dürüst etiraf etməliyik ki, klub düzgün yolda deyil; dəyişikliklərə ehtiyac var.

Amorim əlindən gələni edir. Başqa nə edə bilər? Möcüzəyə ümid edir? Amma möcüzələr baş vermir. Portuqaliyada dediyimiz kimi, möcüzələr yalnız Fatimədə (Fatimə ziyarətgahının yerləşdiyi şəhər) baş verir. O, möcüzə göstərməyəcək. Oyunçuları götürək - "Mançester Yunayted"in yaxşı oyunçuları var, amma çoxları sadəcə "Mançester Yunayted"in nə olduğunu başa düşmür".

Premyer Liqada "qırmızı şeytanlar"in "Tottenhem"ə qarşı oyunundan əvvəl keçirilən mətbuat konfransında Ruben Amorim Ronaldonun sözlərinə belə münasibət bildirib:

"Əlbəttə ki, o, nədən danışdığını bilir. Dediyi hər şey təsir gücünə və böyük çəkiyə malikdir. Amma gələcəyə diqqət yetirməyimiz vacibdir. Bir klub olaraq keçmişdə çoxsaylı səhvlər etdiyimizi bilirik, amma onları düzəltməyə çalışırıq.

Beləliklə, gəlin artıq baş verənlərə fikir verməyək; gəlin hazırda nə etdiyimizə diqqət yetirək. Biz kökündən dəyişirik - strukturu, yanaşmamızı, oyunçuların münasibətlərini dəyişirik. Biz dəyişirik və daha da yaxşılaşırıq. Beləliklə, gəlin əlimizdəki işə diqqət yetirək və bir müddət keçmişi unudaq".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar