Ronaldo Portuqaliya millisini tərk etməklə  HƏDƏLƏDİ
08 dekabr 2022 14:34 (UTC +04:00)

Ronaldo Portuqaliya millisini tərk etməklə HƏDƏLƏDİ

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo baş məşqçi Fernando Santuşa münaqişəyə görə millini tərk edə biləcəyini deyib. 

Lent.az bildirir ki, bu barədə Portuqaliyanın “Record” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, Ronaldo bu addımı 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Cənubi Koreya ilə oyunda (1:2) əvəzləndikdən sonra düşünüb. 37 yaşlı hücumçu baş məşqçinin qərarından narazı qalaraq Santuşa qışqırıb: "Sən məni əvəz etməyə tələsirsən!"

Xatırladaq ki, həmin oyunda Ronaldo 65-ci dəqiqədə əvəzlənib.

⅛ finalın İsveçrə millisi ilə qarşılaşmasında (6:1) Ronaldo yalnız 73-cü dəqiqədə meydana hesab 5:1 olanda çıxıb, Portuqaliya yığmasının start heyətinə daxil olmayıb.

Ronaldo Portuqaliyanın Qətərdə keçirdiyi dörd oyunun hamısında iştirak edib, bir qol vurub.


 

# 1980
avatar

Oxşar yazılar