Ronaldonun klubu La Liqaya qayıtdı
27 may 2024 11:52 (UTC +04:00)

Ronaldonun klubu La Liqaya qayıtdı

Mayın 26-da İspaniya Sequndasının La Liqaya çıxışına zəmanət verən ilk klubu məlum olub. 

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, bu, əfsanəvi braziliyalı futbolçu Ronaldonun sahibi olduğu “Valyadolid” olub.

41-ci turda “Valyadolid” “Vilyarreal B”ni məğlub edərək (3:2) turnir cədvəlində birinci yeri tutub, üçüncü pillədə qərarlaşan “Eybar” isə “Sportinq”ə uduzaraq (0:1) Ronaldonun klubunu keçmək şansını itirib.

Beləliklə, “Valyadolid” Sequndaya düşdükdən bir il sonra La Liqaya qayıdıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2709
avatar

Oxşar yazılar