Samuel Eto'O prezident olmaq  istəyir?
26 dekabr 2025 01:14 (UTC +04:00)

Samuel Eto'O prezident olmaq istəyir?

0

"Barselona" klubunun keçmiş futbolçusu, hazırda Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O siyasi ambisiyaları barədə gəzən şayiələrə münasibət bildirib.

Lent.az  bu barədə "RMC Sport"a istinadən xəbər verir.

"Kamerun prezidenti olmaq? Bu sual bugünkü problemlərimin 99%-nin səbəbidir. Çünki insanlar mənim futbolçu olduğum dövrdən daha populyarlaşdığımı görürlər və öz-özlərinə deyirlər: "O, mütləq dövlət başçısı olmaq istəyir". Bu, mənim üçün, hətta dövlət başçısı olmaq imkanını gözləyən digərləri üçün də problemlər yaradır", - deyə o vurğulayıb.

Qeyd edək ki, 44 yaşlı Eto'O Kamerun yığmasının tarixində ən yaxşı bombardirdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar