Səkkiz ildən sonra ilk dəfə öz meydanında məğlub oldu  - 159 oyunla dünya rekordu
12 dekabr 2025 17:02 (UTC +04:00)

Səkkiz ildən sonra ilk dəfə öz meydanında məğlub oldu - 159 oyunla dünya rekordu

0

"Srvena Zvezda" komandası səkkiz ildən sonra ilk dəfə Serbiya liqasında öz meydanında məğlub olub - bu, milli liqalar üçün dünya rekordudur.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu qeyri-adi seriya 2017-ci ilin aprel ayında başlayıb və 159 oyun davam edib. Lakin rekordun qırılması cəmi altı il çəkib - serblər bunu 2023-cü ildə 122 ev oyununda məğlubiyyətsiz başa vuraraq müəyyən ediblər.

Əvvəlki rekord 1957-1965-ci illər arasında öz meydanında 121 oyunda məğlubiyyətsiz qalan "Real"a məxsusdur.

Qeyd etmək lazımdır ki, "Srvena Zvezda" məğlubiyyətsiz seriyası boyunca titul qazanıb.

"Srvena Zvezda" Serbiya çempionatının 18-ci turunda "Voyvodina”ya minimal hesabla məğlub olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar