"Real"ın keçmiş futbolçusu Endryu Teytlə döyüşməyi planlaşdırır.
"Real"ın əfsanəsi Serxio Ramos boksda debütünü blogger Endryu Teytə qarşı edəcək.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, döyüş avqustun 22-də Qətərdə keçiriləcək.
Endryu Teyt blogger və keçmiş kikboksçudur, idmanda karyerasını başa vurandan sonra onlayn kurslar açıb və nüfuzlu bir influencer kimi populyarlıq qazanıb.
Döyüş 85 kiloqram çəki dərəcəsində keçiriləcək və altı üç dəqiqəlik raunddan çox olmayacaq. Döyüşü idman təbliğat şirkəti olan Misfits Boxing təşkil edir.
Ramos "Real"da 671 oyun keçirib, 101 qol vurub və 40 məhsuldar ötürmə edib. O, İspaniya klubu ilə 22 titul qazanıb. "Real"dan sonra PSJ, "Sevilya" və "Monterrey"də oynayıb.
Daha əvvəl Ramos və Five Eleven Capital investisiya qrupu “Sevilya” klubunu almaq barədə razılığa gəldikləri bildirilib. Səhmlərin 100 faizinin əldə edilməsi ilə bağlı sövdələşmənin ümumi dəyəri 400-450 milyon avro olaraq qiymətləndirilir.