Ramos və tərəfdaşları "Sevilya"nı 450 milyon avroya almağı planlaşdırırlar.
Dünya çempionu və ikiqat Avropa çempionu Serxio Ramos, Five Eleven Capital ilə birlikdə İspaniyanın “Sevilya” klubunu almaq üçün prinsipial razılığa gəlib.
Lent.az bildirir ki, mənbənin məlumatına görə, müqavilənin dəyəri 450 milyon avrodur.
Ramos və tərəfdaşları hazırda klubun maliyyə hesabatlarını təhlil etməyə başlamalıdırlar.
39 yaşlı futbolçu “Sevilya” klubunun gənclər sisteminin yetişdirməsidir. O, 2004-cü ildən 2005-ci ilə qədər və 2023-cü ildən 2024-cü ilə qədər komandanın əsas heyətində oynayıb.
Ramos "Real" ilə beş La Liqa və dörd Çempionlar Liqası titulunu qazanıb. PSJ ilə isə iki dəfə Fransa çempionu olub.
Ramos İspaniya millisi ilə Dünya çempionatının qalibi (2010) və ikiqat Avropa çempionudur (2008, 2012).
Bu mövsüm "Sevilya" 21 oyundan sonra 24 xalla La Liqanın turnir cədvəlində 11-ci yerdədir.