Corc Forman
16 iyul 2022 09:21 (UTC +04:00)

Corc Forman

Tanınmış boksçu Corc Forman ZORLAMADA ittiham olunur

İki qadın boks üzrə keçmiş dünya çempionu Corc Formanı cinsi zorakılıqda ittiham edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onlar Los-Anceles məhkəməsində Formana qarşı iddia qaldıraraq, 12,5 milyon dollar məbləğində təzminat almağı gözləyirlər. Hadisənin hələ 1970-ci illərdə baş verdiyi təsdiqlənir.

Artıq əfsanəvi idmançının özü də ittihamlara münasibət bildirib. Onun sözlərinə görə, qadınlar saxta ittihamlar irəli sürərək, təxminən 6 aya yaxın ondan pul almağa çalışıblar:

“Son altı ay ərzində iki qadın məndən və ailəmdən milyonlarla dollar qoparmağa çalışıblar. Onlar yalandan iddia edirlər ki, mən onları 45 il əvvəl, hələ 1970-ci illərdə zorlamışam.

Mən bu ittihamları qəti şəkildə rədd edirəm. İdman nailiyyətlərim qədər mənim üçün vacib olan nüfuzumla fəxr edirəm. Məni əsassız ittihamlarla, yalanlarla qorxutmasınlar.

İttihamçıları ifşa etmək və məhkəmədə özümü müdafiə etmək üçün vəkillərimlə işləyəcəm.

Mən döyüşlərə qarışmıram, amma onlardan da qaçmıram”.

# 2526
avatar

Oxşar yazılar