FHN:  Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb
16 noyabr 2026 09:12 (UTC +04:00)

FHN: Ötən həftə 182 yanğın olub, 6 nəfərin meyiti tapılıb

0

Ötən həftə ərzində 182 yanğına çıxış olub.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 44 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 61 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 6 nəfərin meyiti təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar