Təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə   oraya getmək olar - Qurban Qurbanov
10 fevral 2026 17:47 (UTC +04:00)

Təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar - Qurban Qurbanov

0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın hücumçusu Nəriman Axundzadənin ABŞ klubuna transferi barədə danışıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanov Misli Premyer Liqasının XIX turunda "Şamaxı" ilə səfərdə keçirilən oyundan sonra mətbuat konfransında ciddi danışıqların getdiyini bildirib.

“Sona yaxınlaşırıq. Hələlik tam qərar verilməyib. Bu gün də oyundan sonra bir futbolçu yaxınlaşıb deyir ki, mənə yaxşı təklif var. Getməyimi istəyirsiniz, yoxsa qalmağımı? Bir az sakitləşməyə çalışırıq.

Yenə belə xəbərlər gəlir. Xoşagəlməz deməzdim, futbolçunu da başa düşmək lazımdır. Sadəcə, təkliflər elə yerlərdən gəlir ki, yalnız pula görə oraya getmək olar. Bunlara “yox” da demək olmur. Çalışırıq ki, oyunçuları oyunlara yaxşı hazırlayaq”, - Qurban Qurbanov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar