“Tottenhem” onu “Atletiko”dan 70 milyona almaq istəyir
15 dekabr 2025 15:10 (UTC +04:00)

“Tottenhem” onu “Atletiko”dan 70 milyona almaq istəyir

0

"Atletiko"nun yarımmüdafiəçisi Pablo Barrios Londonun "Tottenhem" klubunun ciddi maraq dairəsinə düşüb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, İngiltərə Premyer Liqa komandası ispaniyalı oyunçu üçün mübarizə aparacaq.

Yarımmüdafiəçinin "Atletiko" ilə müqaviləsində 120 milyon avroluq sərbəst qalma bəndi var. Lakin "Tottenhem" Barrios üçün bu məbləği azaltmağa ümid edir. Məlumata görə, "Tottenhem" klub rekordu olan 70 milyon avro təklif etməyə hazırdır.

Barrios bu mövsüm bütün yarışlarda 22 oyunda iştirak edib (bir qol, bir məhsuldar ötürmə). Yarımmüdafiəçinin "Atletiko" ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir. O, mərkəz yarımmüdafiəçisi, müdafiə yarımmüdafiəçisi və ya hücum yarımmüdafiəçisi kimi oynaya bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar