“Tottenhem”də gözünü  Xabi Alonsoya dikib
19 yanvar 2026 19:33 (UTC +04:00)

“Tottenhem”də gözünü Xabi Alonsoya dikib

0

"Tottenhem" məşqçi dəyişikliyini nəzərdən keçirir.

"Tottenhem" rəhbərliyinin Tomas Frankın rəhbərliyi altında komandanın nəticələrindən narazı olduğu və klubun mümkün əvəzedicini nəzərdən keçirdiyi bildirilir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bununla belə, "Tottenhem" məşqçiyə Çempionlar Liqasında Dortmund "Borussiya"sına qarşı özünü sübut etmək üçün şans verməyə hazırdır.

Frankın yerinə iddialılar arasında "Real"ın keçmiş məşqçisi Xabi Alonso da var. "Kral klubu"ndakı işindən sonra o, fasilə vermək niyyətində deyil və məşqçilik karyerasını davam etdirmək niyyətindədir.

Digər məlumata görə, Alonsonun Premyer Liqa komandasından çalışdırmaq istəmədiyi təqdirdə, "Kristal Pelas"ın çalışdırıcısı Oliver Qlasner də nəzərdən keçirilir.

London klubu hazırda turnir cədvəlində 14-cü yerdədir. Frankın komandası son beş oyunda iki dəfə heç-heçə edib, iki dəfə məğlub olub və "Bornmut"a qarşı oyunda qələbə qazanıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar