“Tottenhem”in baş məşqçi postuna NAMİZƏDLƏR: Zidan, Naqelsmann və Enrike,  favorit başqasıdır
28 mart 2023 14:29 (UTC +04:00)

“Tottenhem”in baş məşqçi postuna NAMİZƏDLƏR: Zidan, Naqelsmann və Enrike, favorit başqasıdır

London klubu Antonio Kontenin qovulmasından sonra baş məşqçi postuna namizədlər axtarır. 

Lent.az bildirir ki, “Sky Sport”un məlumatına görə, bu vəzifənin əsas favoriti məhz argentinalı mütəxəssisdir. İddiaçılar siyahısında Yulian Naqelsmann, Luis Enrike və Zinəddin Zidan da var.

Poçettino artıq 2014-2019-cu illərdə “Tottenhem”i çalışdırıb.

Kristian Stellini mövsümün sonuna kimi komandanı idarə edəcək. Klub yeni baş məşqçinin təyinatı ilə bağlı qərarını yayda verəcək.

Konteyə gəlincə, onun prioritet variantı A Seriyasına qayıtmaqdır. Baş məşqçinin növbəti mövsümdən işə qayıtması gözlənilir.


 

# 1140
avatar

Oxşar yazılar