Tramp Qəzzadakı həyatı futbolla canlandıracaq  - 75 milyon ayrıldı
21 fevral 2026 17:20 (UTC +04:00)

Tramp Qəzzadakı həyatı futbolla canlandıracaq - 75 milyon ayrıldı

0

FIFA prezidenti Canni İnfantino və Donald Tramp futbol infrastrukturunun Qəzza sektorunda bərpasına yönəlmiş layihələr üçün 75 milyon dollar vəsait cəlb etməyi hədəfləyən geniş tərəfdaşlığın başladığını elan ediblər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, təşəbbüs futbolun regionun bərpası üçün bir alət kimi istifadəsini nəzərdə tutur. Proqrama yalnız idman obyektlərinin tikintisinə maliyyə dəstəyi deyil, həm də yerli əhaliyə yardım göstərmək məqsədilə dünya futbol ulduzlarının münaqişə zonasına göndərilməsi daxildir.

Bu barədə məlumat Tramp administrasiyası tərəfindən qlobal münaqişələrin tənzimlənməsi üçün yaradılmış yeni diplomatik qurum olan “Sülh Şurası”nın ilk iclası zamanı açıqlanıb. Plan çərçivəsində dünyanın müxtəlif ölkələrindən futbol əfsanələri Qəzzaya diplomatik missiyalarla səfər edəcək, gəncləri ruhlandırmağa və regionun humanitar ehtiyaclarına diqqət çəkməyə çalışacaqlar.

Gözlənilir ki, bu səfərlər təkcə futbol mədəniyyətinin bərpasına deyil, həm də yerli sakinlərin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar