"Borussiya"nın futbolçusu sərxoş videosuna görə  komandadan uzaqlaşdırıldı
04 iyul 2025 18:41 (UTC +04:00)

"Borussiya"nın futbolçusu sərxoş videosuna görə komandadan uzaqlaşdırıldı

Mönhenqladbah "Borussiya"sının yarımmüdafiəçisi Florian Noyhaus məzuniyyətindən çəkilmiş videoya görə əsas komandadan uzaqlaşdırılıb.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, klub rəhbərliyi Noyhausu 1 ay müddətinə futboldan uzaqlaşdırıb. Buna səbəb Mayorkada futbolçunun sərxoş vəziyyətdə çəkildiyi video olub. Noyhaus klubun azarkeşləri ilə danışıb və maaşı ilə bağlı zarafat edib. 

Futbolçu "Borussiya"nın idman direktoru Roland Virkus haqqında da mənfi fikirlər səsləndirib və onu dünyanın ən pis məşqçisi adlandırıb. Qeyd olunur ki, direktora edilən təhqirləri futbolçu özü edə bilməzdi, lakin o, bu ifadəyə gülüb.

“Borussiya” dan verilən açıqlamaya görə, Noyhaus növbəti ay gənclər komandası ilə məşq edəcək. Mənbənin məlumatına görə, futbolçu həmçinin 100 min avro cərimələnəcək.

"Florian Noyhausun davranışı və açıqlamaları kluba ziyan vurur və qəbuledilməzdir. Onun sözləri kluba ziyan vurub və bu işdə iştirak edən hər kəs üçün böyük məyusluqdur. Bu, klubun dəyərləri ilə bir araya sığmır", - klubun mətbuat xidməti baş direktor Stefan Steqemann sözlərindən sitat gətirir.

Ötən mövsüm Mönhenqladbah "Borussiya"sı Bundesliqanı10-cu pillədə başa vurub. Noyhaus komandanın heyətində bütün yarışlarda 19 oyun keçirib və bir məhsuldar ötürmə edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430

Oxşar yazılar