"Bakıkart"  terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi
04 iyul 2025 20:15 (UTC +04:00)

"Bakıkart" terminalına qəpik daxil etmək olmur - Vətəndaşlar narazılıq etdi

“Bakıkart” termianlları ilə bağlı sakinlər narazılıq edir.

Lent.az-a sakinlər tərəfindən daxil olmuş şikayəti əks etdirən fotolarda “Bakıkart” terminallarında metal pul daxil edilən hissəsin içəridən bağlanıldığı görünür.

20-ci sahə və “Jurnalistlər binası” kimi adlanan ərazilərdə quraşdırılmış “Bakıkart” terminallarda qəpik daxil olunan hissəsin bağlanılması sakinləri narahat edir.

Onlar bildirirlər ki, hər zaman üzərimizdə kağız pul olmur, ona görə də qəpik daxil edib, ictimai nəqliyyatdan istifadə etməliyik. Lakin bu problemə görə bir qədər əziyyət çəkirik. Xüsusən yaşlılar bildirir ki, onlar tətbiqlər vasitəsi ilə onlayn biletalma kimi funksiyalardan aktiv istifadə edə bilmirlər.

“Əgər qəpik daxil edə bilərsiniz qeydi varsa, nəyə görə biz edə bilmirik? Aylardır bu vəziyyətdir. Hələ də gəlib təmir edən olmayıb. Çox vaxt mobil internetimiz olmadığı üçün tətbiqlərlə bilet ala bilmirik. Təcili işimiz çıxanda məcburuq ki, kağız pul tapaq”,- deyə sakinlər qeyd edir. 

Bəs görəsən termianllarda metal pul daxil olunan hissə niyə bağlanılıb? Bərpa olunacaqmı? 

Lent.az məsələni aydınlaşdırmaq üçün “Bakıkart”-a müraciət etdikdə bildirildi ki, metal pul qəbul etməyən bəzi terminallar yalnız texniki nasazlıqlar səbəbindən bu funksiyanı müvəqqəti olaraq dəstəkləmir.

"Mövcud texniki nasazlıq səbəbindən dəmir pul daxil edilən hissə müvəqqəti bağlanılıb. Problem aradan qaldırıldıqdan sonra həmin hissə açılacaq”,-deyə bildirildi. 

Onu da qeyd edək ki, şikayətçilər bildirdiyinə görə, artıq 3 aydan çoxdur ki, termianllarda problem var. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar