Qonşu kişini öldürüb arvadını və uşağını yaralayan İNŞALLAHIN VİDEOSU
04 iyul 2025 15:26 (UTC +04:00)

Qonşu kişini öldürüb arvadını və uşağını yaralayan İNŞALLAHIN VİDEOSU

Buzovnada qonşusunu öldürən, arvadı ilə oğlunu yaralayan oğlanın məhkəməsi başlayıb.
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə İnşallah Hacıyevin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
 
Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Qanuni nümayəndəsi kimi onun anası tanınıb. 
 
Zərərçəkmiş şəxsin hüquqi varisi Orxan Məlikov bildirib ki, ittiham aktını almayıb və işin halları ilə ilə tanış olmayıb. Məlum olub ki, təqsirləndirilən şəxslə onların uzaq qohumluq əlaqələri var. İttiham aktını almaması səbəbindən, məhkəmə qərara alıb ki proses təxirə salınmalıdır.  
 
Xatırladaq ki, ötən il oktyabrın 6-sı gecə saat 01 radələrində Buzovna qəsəbəsində yaşayan İnşallah Hacıyev yaranan mübahisə zamanı qonşuları 1977-ci il təvəllüdlü Qurban Məlikova, arvadı Könül Məlikovaya və oğlu 2003-cü il təvəllüdlü Məzahir Məlikova bıçaqla xəsarətlər yetirib. 

Nəticədə Qurban Məlikov kəskin qanitirmədən ölüb, ana ilə oğul Sabunçu Tibb Mərkəzinə çatdırılaraq, həyatları xilas olunub. Yetkinlik yaşına çatmayan oğlan Xəzər RPİ 2-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 
 
İş materiallarına əsasən, Qurban Məlikov qonşuluğda söyüş söyən şəxsə iradını bildirib. Bu zəmində başlayan mübahisə qanlı hadisə ilə nəticələnib. 
 
Hazırlıq iclası iyulun 10-na təxirə salınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 774

Oxşar yazılar