Lissabonun "Sportinq" klubunun hücumçusu Viktor Diokereş növbəti klubu seçimində çox seçici olub.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 27 yaşlı futbolçu Səudiyyə Ərəbistanı komandalarından gələn təklifləri rədd edib. Söhbət “Əl-Hilal” və “Əl-Kadisi”dən gedir.
Qeyd olunur ki, isveçli hücumçuya hansı şərtlər təklif olunduğu bilinmir.
Əvvəllər Viktorla “Mançester Yunayted” və “Arsenal”ın maraqlandığı Premyer Liqada oynamaq istədiyi barədə xəbərlər