60 yaşdan sonra gündə  4 fincan kofe   içsəniz...
04 iyul 2025 19:33 (UTC +04:00)

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

İllər keçdikcə insan əzələ kütləsini itirir, həyati orqanlar zəifləyir, biz daha yavaş, zəif və diqqətsiz oluruq. Pilləkənlər dik görünür, alış-veriş çantaları ağırlaşır, nəfəs alma çətinləşir, şkafın yuxarı rəfləri isə əlçatmaz olur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, gündə 4–6 fincan kofe içmək yaşla əlaqəli zəiflik riskini azalda bilər.

Kofeinin təsiri 

Adenozin reseptorlarının antaqonisti kimi çıxış edərək yorğunluğu azaldır, ayıqlığı artırır.

Əzələ hərəkətlərini yaxşılaşdırır, hərəkətliliyi və fiziki gücü qoruyur.

Polifenollar güclü antiinflamatuar və antioksidant təsirə malikdir, əzələ itkisinin qarşısını alır, şişkinlikləri azaldır, orqanizmin ümumi funksiyalarını dəstəkləyir.

Triqonellin yaddaşı və beyin funksiyalarını dəstəkləyir.

Britaniya Ürək Fondunun baş dietoloqu Dell Stenford xəbərdarlıq edir

“2–3 fincan kofe gündəlik ürək-damar sağlamlığı üçün faydalı ola bilər. Lakin 4–5 fincanı keçmək kofeinin miqdarını 400 mq-lıq gündəlik tövsiyə olunmuş həddi keçə bilər.”

Həddən artıq kofein təzyiqin və nəbzin qalxması, ürəkdöyünmə, narahatlıq və gərginlik, ürəkbulanma, baş ağrısı bə yuxu pozuntuları kimi fəsadlara səbəb ola bilər.

Polifenollar təkcə kofedə yox, həm də, giləmeyvələrdə, tünd şokoladda, zeytun yağında, yaşıl çayda və bir çox tərəvəzdə mövcuddur.

Zülalla zəngin qidalar

Yumurta, süd məhsulları, paxlalılar, tofu, balıq və yağsız ət.

Omega-3 mənbələri

Yağlı balıqlar, kətan toxumu və qoz.

Vitamin D və kalsium – sümüklərin güclü qalması üçün vacibdir.

Fermentləşdirilmiş məhsullar – bağırsaq sağlamlığına dəstək verir.

Parlaq rəngli meyvə və tərəvəzlər – antioksidant baxımından zəngindir və zəifliyin qarşısını alır.

Kofenin zərəri nədir?

Kofein hər kəs tərəfindən eyni şəkildə qəbul olunmur. Xüsusilə yaşlılarda kalsiumun mənimsənilməsinə mane ola bilər. Bu səbəbdən yaşlı insanlar gündəlik rasionlarında kalsium və D vitamini ilə kofeini tarazlaşdırmalıdırlar.

Digər potensial fəsadlar

Yuxu pozuntuları (xüsusilə günortadan sonra içildikdə), ürəkdöyünmə, narahatlıq, yüksək təzyiq, reflüks və ya həzm pozuntuları

Ən faydalı kofe hansıdır?

Ən sağlam seçim: qara filtr kofe

Az miqdarda süd əlavə olunarsa, zülal və kalsium alınmış olur, lakin kapuçino və latte kalori miqdarını artırır.

Yüksək keyfiyyətli dənələr – polifenol baxımından zəngindir, orqanik məhsullar isə pestisidlərə məruz qalmır.

Orta qovrulmuş kofe – antioksidantlar üçün balanslı sayılır.

Tünd qovrulmuş kofe – kanserogen ola biləcək akrilamid maddəsi ehtiva edə bilər.

Dekofein kofe – az miqdarda kofein olsa da, faydalı maddələri saxlayır.

Həll olunan (instant) kofe – kofeini azdır, buna görə sümüklərə təsiri zəifdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar