Uruqvay millisinin   baş məqşçisi olacaq
30 mart 2023 17:22 (UTC +04:00)

Uruqvay millisinin baş məqşçisi olacaq

Argentina millisinin keçmiş baş məşqçisi Marselo Bielsa Uruqvay millisini çalışdıracaq.

Lent.az bildirir ki, xarici mətbuatın yazdığına görə, mütəxəssis 2026-cı il dünya çempionatının seçmə mərhələsinin sonuna qədər yerli federasiya ilə müqavilə bağlamağı planlaşdırır. Seçim uğurlu olarsa, müqavilə avtomatik olaraq uzadılacaq.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Uruqvay turnirin qrup mərhələsindən pley-offa vəsiqə qazana bilməyib.

Argentinadan başqa, Bielsa Çili, “Atletik”, “Lids” və digər komandalara da rəhbərlik edib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1455
avatar

Oxşar yazılar