Xabi Alonso istefaya göndərildi
12 yanvar 2026 21:22 (UTC +04:00)

Xabi Alonso istefaya göndərildi

1

"Real Madrid"in heyətində ayrılıq yaşanıb.

Lent.az xəbər verir ki, baş məşqçi Xabi Alonso komandanı tərk edib.

Bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, 44 yaşlı ispaniyalı mütəxəsssislə müqaviləyə xitam verilib.

Xatırladaq ki, "Real Madrid" ötən gün İspaniya Superkubokunun finalında "Barselona"ya 2:3 hesabı ilə məğlub olmuşdu.

Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlindən "Real Madrid"ə rəhbərlik edirdi.

Yeni baş məşqçi klubun sabiq futbolçusu Alvaro Arbeloa təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 439

Oxşar yazılar